Modern.az

Özbəkistanda prezident seçkiləri dekabr ayına təyin edilib

Özbəkistanda prezident seçkiləri dekabr ayına təyin edilib

Ölkə

8 Sentyabr 2016, 21:03

Özbəkistan parlamenti (Oliy Məclisi) Niqmatulla Yuldaşevi  prezident vəzifəsini müvəqqəti olaraq icra edən qismində təyin edib.  Modern.az saytı xəbər verir ki, "Report"un məlumatına görə, Özbəkistan Konstitusiyasına əsasən, dövlət başçısının ölümündən sonra hakimiyyət müvəqqəti olaraq Oliy Məclisi Senatının sədrinə keçir.

 

Bundan başqa, parlament növbədənkənar prezident seçkilərini bu ilin dekabr ayına təyin edib.

 

Özbəkistanın birinci prezidenti İslam Kərimov insult səbəbindən vəfat edib və sentyabrın 3-də Səmərqənddə dəfn edilib.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...