Modern.az

Sarkisyan yeni baş nazir təyin etdi – O kimdir?

Sarkisyan yeni baş nazir təyin etdi – O kimdir?

Ölkə

13 Sentyabr 2016, 11:39

Ermənistan prezident Serj Sarkisyan yeni baş nazir təyin edib.

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, Sarkisyanın sərəncamı ilə Karen Karapetyan ölkənin baş naziri vəzifəsinə gətirilib.

 

Qeyd edək ki bir neçə gün öncə Ovik Abramyan baş nazir postundan istefa vermişdi.

 

Karen Karapetyan 2001-ci ildə Ermənistanın energetika nazirinin müavini olub. O, 2010-2011-ci illərdə Yerevanın meri vəzifəsində çalışıb. O, “ArmRosqazprom” şirkətinin keçmiş sədridir.

 

Karapetyan 2011-ci ildə“Qazprombank”ın vitse-prezidenti postunu tutub.

 

Yeni hökumət başçısı hazırda “Qazprom Mejregionqaz” şirkətinin starategiya və inkişaf üzrə direktor müavinidir.

 

Aqşin KƏRİMOV

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı