Modern.az

Ermənistanda deputatın mer oğluna sui-qəsd olub

Ermənistanda deputatın mer oğluna sui-qəsd olub

Ölkə

17 Sentyabr 2016, 12:41

Ötən gecə yerli vaxtla 23:00 radələrində Ermənistanda Eçmiədzin şəhərin hazırkı meri Karen Qriqoryanın (deputat Manvel Qriqoryanın oğlu) avtomobili atəşə tutulub.
Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, hadisə Karen Qriqoryanın Yerevandan qayıtdığı zaman baş verib. Hadisə zamanı merlə yanaşı onun qardaşı da maşında olub.

 

Yayılan xəbər də atəş açanların Kaern Qriqoryanın qarşıdakı mer seçkilərindəki  rəqiblər olduğu bildirilir. Ehtimala görə, bunlar  Eçmiədzin merliyinə namizədliyini irəli sürən Artur Tumanyan və sabiq mer Qraçik Abqaryandır.
 

İnsidentlə bağlı hüquq-mühafizə orqanları araşdırma aparır.
 

Qeyd edək ki, mer seçkiləri sentyabrın 18-də keçiləcək.


Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı