Modern.az

"Neftçi" klubunda yeni məşqçi təyinatı

"Neftçi" klubunda yeni məşqçi təyinatı

Ölkə

17 Sentyabr 2016, 16:24

"Neftçi"nin yeni baş məşqçisi Elxan Abdullayevin daha bir köməkçisi müəyyənləşib.

Modern.az xəbər verir ki. bu haqda klubun rəsmi saytında bildirilib. Məlumata görə, fiziki hazırlıq üzrə məşqçi vəzifəsinə isə Andrey Kolesnikov təyin olunub.
Andrey Kolesnikov Ukraynanın "Metallurq” (Donetsk), "Krivbass” və "İliçevets” klubları ilə yanaşı, "Kəpəz”, "İnter” və AZAL-da da çalışıb. O, hazırda Azərbaycan milli komandasının fiziki hazırlıq üzrə məşqçisi vəzifəsini yerinə yetirir.

Qeyd edək ki, bundan əvvəl əsas komandada məşqçi vəzifəsinə İqor Getman və qapıçılar üzrə məşqçi vəzifəsinə Dmitri Kramarenko təyin edilib.

Baş məşqçinin daha bir köməkçisinin adına gələn həftə aydınlıq gələcək.

Whatsapp
Bizə yazın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...