Modern.az

Göstərilən  “İSGƏNDƏR -M” Ermənistanın deyilmiş?

Göstərilən  “İSGƏNDƏR -M” Ermənistanın deyilmiş?

Ölkə

21 Sentyabr 2016, 08:49

Bu günlərdə Yerevanın mərkəzində keçirilən hərbi parada hazırlıq məşqləri zamanı ermənilərin Azərbaycana “göz dağı” məqsədilə göstərdikləri “İSGƏNDƏR –M” raket sistemləri Ermənistana aiddir ya yox

 

Modern.az xəbər verir ki, bu barədə erməni mətbuatına tanınmış rus analitiki, Rusiya Universiteti analitik şöbəsinin rəhbəri, siyasi və hərbi analitik Aleksandr Xramçixin məlumat verib: “ Ermənistanda yerləşdirilmiş “İSGƏNDƏR-M” raket sistemi  Azərbaycana qarşı yönəlməyib. Rusiyanın Gümrüdəki 102-ci hərbi bazası da Azərbaycana, həmşinin Türkiyəyə qarşı yönəlməyib.

Rus analitiki faktiki olaraq bəyan edib ki, həyacanlanmağa ehtiyac yoxdur. "Belə ki, “İSGƏNDƏR-M” Ermənistanın deyil, Rusiya hərbi bazasınındır.”

 

Məsələyə aydınlıq gətirmək üçün “Politik. am” saytının müxbiri Ermənistan Müdafiə Nazirinin mətbuat sözcüsü Artsrun Hovanisyanla əlaqə saxlamağa cəhd etsə də, o, bu barədə açıqlama verməkdən imtina etdi.

 

Ermənilərə isə ümid etmək qalır ki,bəlkə də rus siyasətçinin məlumatı onun öz xüsusi fərziyyəsinin nəticəsidir. Əks təqdirdə, onlar məcburən ifadə edəcəklər ki, Ermənistan o qədər öz sifətini itirib ki, öz silahlı qüvvələrini belə göstərilən teatrın iştirakçısına çevirməyə hazırdır.

    

İSMAYIL TANRIVERDİ

BDU- nun Erməni araşdırmaları ETL-in Böyük elmi işçisi

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı