Modern.az

Estoniyalı həkimlər Bakıya niyə gəldi?

Estoniyalı həkimlər Bakıya niyə gəldi?

Ölkə

21 Sentyabr 2016, 16:28

Bu gün Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov Estoniyanın tibb mütəxəssislərindən ibarət nümayəndə heyəti ilə görüşüb.

Görüş zamanı  akademik Əhliman Əmiraslanov son illər ərzində ölkəmizdə səhiyyənin inkişafı sahəsində aparılan islahatlar, görülən işlər, əldə olunmuş nailiyyətlərdən danışıb, qonaqlara Milli Məclisin Səhiyyə komitəsinin yaranması və fəaliyyəti barədə məlumat verib.

Estoniya nümayəndə heyətinin üzvləri isə Azərbaycana ilk dəfə gəldiklərini və bu səfərin tanışlıq xarakteri daşıdığını bildiriblər. Səfərin məqsədinin iki ölkə arasında tibb və səhiyyə sahəsində əməkdaşlığın bundan sonra daha da gücləndirilməsi və inkişaf etdirilməsi olduğu vurğulanıb.

Nümayəndə heyətinin rəhbəri, Estoniyanın Həkimlər Birliyinin sədri, onkoloq Yuri Teras  Azərbaycanın bu sahədəki təcrübəsindən yararlanmaq məqsədi ilə bu tipli səfərlərin gələcəkdə də həyata keçirilməsinin planlaşdırıldığını  qeyd edib.  Estoniyanın Biotexnoloji Assosiasiyasının rəhbəri Riin Ehin və Estoniyanın MAQATE-dəki nümayəndəsi Sergey Nazarenko isə öz növbələrində Azərbaycan və Estoniyanın əczaçılıq, biotexnologiya və molekulyar tibb istiqamətində birgə layihələr çərçivəsində gələcək fəaliyyət istiqamətləri barədə  fikirlərini bölüşüblər.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı