Modern.az

26 yaşlı qız Səhiyyə Nazirliyinin qarşısında nəyə etiraz etdi? - AÇIQLAMA

26 yaşlı qız Səhiyyə Nazirliyinin qarşısında nəyə etiraz etdi? - AÇIQLAMA

Ölkə

22 Sentyabr 2016, 10:30

Səhiyyə Nazirliyinin qarşısında etiraz edən gənc qızla bağlı rəsmi açıqlama verilib.

Nazirliyin mətbuat xidmətinin rəhbəri Liya Bayramova Modern.az-bildirib ki, həmin xanım qaraciyər serrozudur:

“2 dəfə nazirin qəbulunda olub. Lazımi köməklik ediləcəyi bildirilib. O, bir neçə dəfə xəstəxanada yatıb”.

 

Nazirlik rəsmisi deyib ki, xanım dövlət xəstəxanasında müalicə almaqdan imtina edir:

“O, istəyir ki, yalnız özəl xəstəxanada yatsın, ya da onu xaricə müalicəyə göndərsinlər. Hansı ki, bizim dövlət xəstəxanasında peşəkar həkimlərin müalicəsini ala bilər”.

Qeyd edək ki, nazirliyin 26 yaşlı gənc dünən nazirliyin qarşısında etiraz edərək kömək istəyib.

 

Gülşən RAUFQIZI

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı