Modern.az

Əfqanıstanda məscidə silahlı hücum: 14 ölü, YENİLƏNİB

Əfqanıstanda məscidə silahlı hücum: 14 ölü, YENİLƏNİB

Ölkə

12 Oktyabr 2016, 00:04

Əfqanıstanın paytaxtı Kabil şəhərində İmam Əli şiə məscidində törədilən partlayışda ölənlərin sayı 14 nəfərə çatıb. Modern.az saytı xəbər verir ki, bu barədə Əfqanıstanın hüquq-mühafizə orqanları məlumat yayıb. Məlumata görə, polis formasında olan üç silahlı “Saha məqbərəsi” adlandırılan ziyarətgaha hücum edərək oradakı möminləri gülləbaran edib. Hücum zamanı silahlılardan biri üzərindəki partlayıcı qurğunu işə salaraq özünü partladıb.

 

Hücum zamanı rayon polis idarəsinin rəisi daxil olmaqla 30-dək şəxs yaralanıb.

 

21:40

 

Əfqanıstanda məscidə silahlı hücum olub. Modern.az saytı xarici mediaya istinadən xəbər verir ki, bu gün naməlum şəxslər Əfqanıstanın paytaxtı Kabil şəhərində İmam Əli şiə məscidinə daxil olaraq ibadət edənlərə atəş açıb. Atəş sonrası məsciddə partlayış baş verib.

 

İnsident zamanı ölənlər və yaralananlar olsa da hələlik onların sayı açıqlanmır. Hələlik onların sayı barədə məlumat verilməyib. Təhlükəsizlik qüvvələrinin əməkdaşları hadisə yerindəki insanları təxliyə edirlər. Hadisəyə görə terror qruplaşmalarının heç biri məsuliyyəti üzərinə götürməyib.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı