Modern.az

Komitə sədrindən FETÖ ilə bağlı Bakıya sənəd göndərilməsinə REAKSİYA

Komitə sədrindən FETÖ ilə bağlı Bakıya sənəd göndərilməsinə REAKSİYA

Ölkə

12 Oktyabr 2016, 14:22

 

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Türkiyədən Azərbaycana Fətullahçı Terror Təşkilatının (FETÖ) üzvləri ilə bağlı müraciətlərin edilməsi barədə Türkiyə mətbuatında yayılan məlumatlara münasibət bildirib.

 

Komitə sədri bildirib ki, Türkiyə mətbuat orqanlarında yayılan məlumatlara diqqətlə yanaşmaq lazımdır: “Türkiyə çox geniş kütləvi informasiya vasitələrinə (KİV) malikdir. Türkiyənin yüzlərlə mətbuat orqanı var. Bizim üçün Türkiyədə rəsmi dövlət qurumlarının, rəsmi mətbuat orqanlarının və müraciətlərin yayılması əsasdır”.

 

M.Qurbanlı əlavə edib ki, Azərbaycanda FETÖ-nün uzantıları ola bilər: “Bununla bağlı araşdırmalar gedir. Müəyyən ədəbiyyatları və diskləri yayan şəxslər saxlanılıblar, hüquq-mühafizə orqanları tərəfindən aparılan araşdırmalar davam etdirilir. Amma bütövlükdə FETÖ-çülərlə bağlı bu və ya digər araşdırmalar lazımdırsa, bunu dəqiqləşdirib sonra fikir bildirmək olar.

 

Mən Türkiyədən dövlət səviyyəsində məlumatların Azərbaycana daxil olması ilə bağlı məlumatlara malik deyiləm. Bu barədə Türkiyə mətbuatında yayılan məlumatları o zaman dəqiq hesab edə bilərəm ki, məlumatı Türkiyənin rəsmi qurumları yaymış olsun”.

 

Modern.az 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı