Modern.az

Samuxda qardaş qardaşını ölümcül döydü

Samuxda qardaş qardaşını ölümcül döydü

Ölkə

30 Oktyabr 2016, 16:05

Samur rayonun Qarabağlar kənd sakini İmamverdi Əliyev müxtəlif bədən xəsarətləri ilə Gəncə Şəhər Təcili Tibbi yardım Xəstəxanasına gətirilib.

 

Modern.az-ın "ARB Kəpəz"-ə istinadən xəbər verir ki, 25 yaşlı yaralıya qapalı kəllə beyin travması, sağ əl və təpə nahiyəsinin çapılmış yaraları diaqnozu qoyulub, ilkin tibbi yardım göstərilib.

 

Yaralının dediyinə görə, ona özündən bir baş böyük qardaşı xəsarət yetirib.


Qardaşı içki olduğu vaxtlar aralarında tez-tez mübahisə yaşanır. Bu günkü mübahisə isə İmamverdi Əliyevin xəstaxalanıq olması ilə nəticələnib. Hadisənin dəqiq səbəbləri araşdırmalardan sonra məlum olacaq.

 

Mehman Hüseynov - Gəncə şəhər TTYX-nın həkimi: "Hazırda şöbədə xəstənin müayinə və müalicəsi aparılır. Ümumi vəziyyəti orta ağırdır. Sona kimi müalicəsi davam etdiriləcək".

 

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı