Modern.az

Daha 32 rayonda analoq yayım dayandırılıb

Daha 32 rayonda analoq yayım dayandırılıb

Ölkə

10 Dekabr 2016, 00:22

Bu gündən daha 32 rayonda televiziya kanallarının analoq yayımı dayandırılıb. Modern.az saytı xəbər verir ki, bunlar Ağsu, İsmayıllı, Kürdəmir, Zərdab, Saatlı, Sabirabad, Ağcabədi, Ağdam, Ucar, Gəncə, Samux, Daşkəsən, Gədəbəy, Göygöl, Şəmkir, Ağstafa, Qazax, Tovuz, Tərtər, Naftalan, Bərdə, Goranboy, Mingəçevir, Yevlax, Ağdaş, Göyçay, Qəbələ, Oğuz, Şəki, Zaqatala, Balakən və Qax rayonlarıdır. Dekabrın 20-də isə son olaraq Şirvan, Salyan, Neftçala, Haciqabul, İmişli, Beyləqan, Füzuli, Cəlilabad, Biləsuvar, Lənkəran, Masallı, Yardımlı, Lerik, Astarada dayandırılması nəzərdə tutulub.

Qeyd edək ki, Bakı və Abşeron yarımadasında analoq yayım noyabrın 1-dən dayandırılıb.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı