Şabran rayonunda 8 Noyabr – Zəfər Günü münasibətilə bayram konserti keçirilib.
Modern.az xəbər verir ki, tədbirdə Milli Məclisin deputatı Mahir Süleymanlı, Şabran Rayon İcra Hakimiyyətinin başçısı Asif Hüseynov, Yeni Azərbaycan Partiyası Şabran rayon təşkilatının sədri Mehdi Balabəyov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, digər rəsmi şəxslər və rayon ictimaiyyəti iştirak ediblər.