Ermənistanın fövqəladə hallar naziri Armen Yeritsyan Yerevandakı “Nairi” tibb mərkəzində ölüb. Modern.az Ermənistan mediasına istinadən bildirir ki, o, xəstəxanaya dekabrın 13-də gətirilib. Həkimlərin səylərinə baxmayaraq, nazirin həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, Armen Yeritsyan 1960-cı ildə Yerevanda doğulub. 2016-cı il fevralın 24-də fövqəladə hallar naziri təyin olunmuşdu.
Onun hansı xəstəlikdən öldüyü hələlik açıqlanmır.
Modern.az