Modern.az

Azərbaycanda Ərzaq Təhlükəsizliyi Komissiyası yaradıla bilər

Azərbaycanda Ərzaq Təhlükəsizliyi Komissiyası yaradıla bilər

Ölkə

16 Dekabr 2016, 17:43

Azərbaycanda Ərzaq Təhlükəsizliyi Komissiyası yaradıla bilər. Modern.az xəbər verir ki, bu, Azərbaycan Prezidentinin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”ndə nəzərdə tutulub.

Ərzaq Təhlükəsizliyi Komissiyasının yaradılmasında ərzaq təhlükəsizliyi sahəsində koordinasiya, monitorinq, qiymətləndirmənin aparılması, proqram və layihələrin hazırlanması, həyata keçirilməsi, fövqəladə hallarda çevik tədbirlərin müəyyənləşdirilməsi və s. işlərin effektivliyinin təmin edilməsi ola bilər.

Müvafiq nazirliklərin nümayəndələrindən ibarət Komissiya üzvlərinin ən azı rübdə bir dəfə görüşlər keçirməsi, ərzaq təhlükəsizliyi üzrə həm ölkə daxilində, həm də beynəlxalq miqyasda baş verən dəyişiklikləri müzakirə etməsi və zəruri hallarda qabaqlayıcı tədbirlər hazırlaması planlaşdırılır. Komissiya tərəfindən, ilk növbədə, ərzaq təhlükəsizliyi sahəsində islahatlarla bağlı bu Strateji Yol Xəritəsində müəyyən edilmiş tədbirlərə dair fəaliyyət planının hazırlanması gözlənilir.

Komisdiyanın 2017-ci idlə yaradılacağı gözlənilir.



 

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı