Modern.az

Son inqilablar - sıxılmış enerji...

Son inqilablar - sıxılmış enerji...

Ölkə

1 Aprel 2011, 11:53

Bu gün gündəmdən düşməyən və ən çox müzakirə olunan məsələlərdən biri ərəb ölkələrində baş verən hadisələrdir. Bir il öncə heç kimin ağlına gəlməzdi ki, ərəb dünyasında belə  inqilablar  baş verə bilər. Misirin sonuncu fironu Hüsnü Mübarək uzun müddətli taxt-tacından əl çəkər. Heç inanmaq olmur ki, bütün bu hadisələr kiminsə ssenarisi əsasında baş verir. Təbii ki, hər bir hadisənin yaranması üçün ciddi səbəblər olur. Son olaylar da müəyyən proseslərin məntiqi bir nəticəsidir. Fizikanın belə bir qanunu var, enerji itmir. Yəni bu enerji nəyə isə sərf olunur. Təbii ki, bu potensialı məqamı yetişdikcə, yaxşı və pis istiqamətə yönəltmək mümkün idi. Göründüyü kimi yönəldilir.

Ərəb  ölkələrində  baş verən hadisələrdə beynəlxalq güc mərkəzlərinin, bəzi dövlətlərin  maraqlarının olması mümkündür və siyasi gerçəklikdə buna təbii yanaşmaq lazımdır.Ancaq  burada digər səbəblərdə var.  Deyəsən, oksigenin, maye qazlarının sıxılmış forması olduğu kimi, insan enerjsinin sıxılmış variantı mümkündür. Bu sıxılmış enerji uzun illərdir toplanıb.

Şübhəsiz bu enerjinin çoxluğu fəsadlar yaratmaqdadır.

KİV-lərin verdiyi məlumata görə, Suriyanın prezidenti bu yaxınlarda  bəyan edib ki, 48 illik fövqəladə rejimi ləğv etməyə, islahatlar keçirməyə hazırdır. Ay zalım öğlu, bu məsələ 48 ildə indi sənin yadına düşür. Bəlkə zamanında dünyanın gedişatına uyğun ərəb ölkələrində  islahatlar həyata keçirilsəydi  indiki kimi cəmiyyətin mizanı-tərəzisi pozulmazdı. Əslində Şərqin, xüsusilə, müsəlman cəmiyyətinin əsas problemi islami dəyərlərdən  uzaq düşməsidir.

Narahatçılıq doğuran bu proseslərin gələcəyidir.Görəsən, azad mətbuatın mövcud olmadığı, qapalı cəmiyyət olan bu ərəb ölkələrində insanların 10 illiklərlə yığılıb qalan  enerjisi quruculuq işlərinə, qəzəbli kütlələrləri normal cəmiyyətə yönəltmək  mümkün  olacaqmı?  

Demokratik idarəetmə sisteminin və vətəndaş cəmiyyəti institutlarının olmaması, xaotik proseslərin gündən-günə dərinləşməsi  ərəb ölkələri üçün yaxşı perspektivlər vəd etmir. Əvvəllər Liviya prezidenti  Qəddafiyə qucaq açıb, ona dərin ehtiram göstərən, onunla böyük neft müqavilələri imzalayan  Fransa və digər ökələr  bu gün Qəddafini bombardman  etdilər. Bəs, bu vaxta qədər həmin Qərb dövlətləri  ərəb ölkələrində ki, hadisələri görmürdülər, Qəddafini tanımırdılar?

Axı siyasətdə, beynəlxalq münasibətlərdə maraqlar olduğu kimi dəyərlərdə qorunub saxlanmalıdır. Dəyərsizləşmə cəmiyyətdə ədalətsiz proseslərə yol açmaqla bərabər, hüququn və beynəlxalq təşkilatın nüfuzunun alver predmetinə çevrilməsinə gətirib çıxarır. Bu qənaətə gəlmək olar ki, Qərbin  ərəb ökələrindəki hadisələrə adekvat münasibəti getdikcə insan hüquqlarının qorunmasından daha çox bazarlıq elementlərinə hesablanır. Deyəsən bu həmin o sıxılmış enerjini öz məqsədləri  və maraqları üçün istifadə etmək siyasətidir.

Bəzən siyasətdə belə maraqlar heç bir əxlaqi prinsiplərə  uyğun gəlmir. Bu gün NATO-ya üzv ölkələr  BMT-nin qətnamə və qərarlarını  əsas götürdüklərini bildirirlər. Bəs, BMT-nin Təhlükəsizlik Şurasının Qarabağ münaqişəsilə bağlı qəbul etdiyi qətnamələrin taleyi necə oldu? İşğal olunan Azərbaycan ərazilərindən Ermənistan silahlı  qüvvələrinin qeyd-şərtsiz çıxarılması barədə  822, 853, 874, 884 saylı qətnamələrinin  bu vaxta qədər yerinə yetirilməməsini necə izah etmək olar?

Əgər BMT öz qəbul etdiyi  qətnamələri icrasına nəzarət edə bilmirsə, onda bu təşkilatın  hansı nüfuzundan danışmaq olar. Həmin təşkilatın Qarabağla bağlı qərarlarının yerinə yetirilməsi qalsın bir tərəfə, heç bu qurum və  aparıcı dövlətlər Ermənistanı işğalçı ölkə kimi  bu vaxta qədər tanımayıb. Hətta  ATƏT-in Minsk qrupunun işğal altındakı ərazilərlə bağlı qiymətləndirmə missiyasının “ütülənmiş” hesabatı da münaqişənin və erməni təcavüzünün nəticələrini tam əks etdirə bilmədi.

Bunu başa düşmək olar. Əgər Qəddafi dinc insanlara qarşı amansız davranaraq onları qətlə yetiribsə  onu cəzalandırmaq lazımdır. Ermənistanın indiki rəhbəri Serj Sarkisyan, keçmiş prezidenti Robert Köçəryan  Dağlıq Qarabağda, xüsusilə, Xocalıda dinc azərbaycanlılara, azyaşlı uşaqlara, qocalara qarşı daha qəddar olub soqırım törədirsə, bəs, onlar niyə cəzalandırılmasın? Axı, beynəlxalq hüquq, konvensiyalar hamı üçün bərabər olmalıdır.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı