Modern.az

Qazaxıstanda seçici fəallığı 65,37 faizə çatdı - YENİLƏNİB

Qazaxıstanda seçici fəallığı 65,37 faizə çatdı - YENİLƏNİB

Parlament

23 Avqust 2026, 16:18

Qazaxıstanda Qurultaya seçkilərdə yerli vaxtla saat 16:00-a olan məlumata görə, 8 milyon 240 min 336 seçici səsvermədə iştirak edib.

Modern.az Qazaxıstanın Mərkəzi Seçki Komissiyasına istinadla xəbər verir ki, bu, seçici siyahılarına daxil edilmiş vətəndaşların 65,37 faizini təşkil edir.

 

*14:20

Xəbər verdiyimiz kimi bu gün Qazaxıstanda birpalatalı parlamentə növbədənkənar seçkilər keçirilir.

Modern.az xəbər verir ki,  Qazaxıstanın Mərkəzi Seçki Komissiyasının yerli vaxtla saat 14:00-a olan məlumatına görə, 6 milyon 696 min 2 seçici səsvermə bülleteni alıb.

Bu, seçici siyahılarına daxil edilmiş vətəndaşların 53,12 faizini təşkil edir. Seçicilərin səsvermədə iştirakı ilə bağlı növbəti məlumat yerli vaxtla saat 16:00-da açıqlanacaq. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ermənistan silah istehsalına başlayır - Şok plan üzə çıxdı