Modern.az

Məhkəmə Trampın Azərbaycanla bağlı qərarını LƏĞV ETDİ

Məhkəmə Trampın Azərbaycanla bağlı qərarını LƏĞV ETDİ

Dünya

22 Avqust 2026, 19:06

ABŞ federal məhkəməsi Tramp administrasiyasının Azərbaycan da daxil olmaqla 75 ölkənin vətəndaşlarına immiqrasiya vizalarının verilməsini dayandırmaq qərarını qanunsuz hesab edib.

Modern.az xəbər verir ki, bununla bağlı CNN məlumat yayıb.

Manhetten dairə məhkəməsinin hakimi Cannet Varqas Donald Tramp administrasiyasının yanvar ayında 75 ölkənin vətəndaşlarına yalnız milli mənsubiyyətlərinə görə immiqrasiya vizalarının verilməsini dayandırmasını “açıq-aşkar qanunsuz” adlandırıb.

Bildirilib ki, ABŞ yanvar ayında müraciət edən şəxslərə nəzarətin sərtləşdirilməsi çərçivəsində ölkəyə giriş icazələrinin verilməsini dayandırmışdı. Federal məhkəmə bu tədbirin qanuna zidd olduğuna və hakimiyyət orqanlarının səlahiyyətlərini aşdığına qərar verib. 

Qərar yalnız ABŞ-yə daimi köçmək üçün nəzərdə tutulan immiqrasiya vizalarına şamil olunurdu. Turist və digər müvəqqəti vizalara isə bu məhdudiyyət tətbiq edilmirdi.

Qeyd edək ki, ABŞ-də qüvvədə olan qaydalara əsasən, immiqrantın ölkəyə girişindən yalnız onun dövlətin potensial “himayəsində olan şəxsi” olacağı hesab edilərsə imtina edilə bilər.

Sizə yeni x var
Keçid et
Bakıya hücumlar artır - Türkiyə nəyi gözləyir?