Builki qəbul imtahanlarında yüksək bal toplayan əkiz bacı-qardaş – Aysun və Həsən Məmmədlilər ixtisas seçimində Bakı Ali Neft Məktəbinə (BANM) üstünlük veriblər.
Modern.az xəbər verir ki, I ixtisas qrupu üzrə 670.4 bal toplayan Aysun Bakı Ali Neft Məktəbinin kompüter elmləri ixtisasında, II ixtisas qrupu üzrə 642 bal toplayan Həsən isə maliyyə ixtisasında təhsil almağı planlaşdırır.
Bakı Ali Neft Məktəbində ali təhsil almağı arzulayan əkiz bacı-qardaş rektor Elmar Qasımovla da görüşüblər. Rektor onları yüksək nəticələr münasibətilə təbrik edib, hər ikisinə uğurlar arzulayıb.
Qeyd edək ki, əkizlər Sabunçu rayonu 338 nömrəli tam orta məktəbin məzunlarıdırlar.