Modern.az

İtkin-şəhid Sulutəpədə dəfn olundu

İtkin-şəhid Sulutəpədə dəfn olundu

Qarabağ

21 Avqust 2026, 11:20

Birinci Qarabağ müharibəsinin itkin-şəhidi Qurbanov Akif Cəbrayıl oğlunun nəşinin qalıqları ailəsinə təhvil verilib.

Modern.az xəbər verir ki, bu gün şəhidlə vida mərasimi keçirilib.

Şəhidin qalıqları Sulutəpədə Şəhidlər xiyabanında dəfn olunub.

Qeyd edək ki, Akif Qurbanov 1975-ci ildə Abşeron rayonu Xırdalan şəhərində anadan olub. 26 aprel 1994-cü ildə Ağdam rayonunda itkin düşüb.

Sizə yeni x var
Keçid et
Türkiyədə Bakıya qarşı təxribat - Nə baş verir?