YAP-ın Nəsimi təşkilatının təşəbbüsü və təşkilatçılığı əsasında YAP Gənclər Birliyi ilə birlikdə “Cocuq Mərcanlıdan-Şuşaya” adlı layihə həyata keçiriləcək.
Modern.az xəbər verir ki, YAP-ın Nəsimi təşkilatının və YAP Gənclər Birliyinin üzvləri Cocuq Mərcanlıda könüllü inşaat dəstəsi kimi işləyəcəklər. Layihənin kordinatoru deputat, YAP-ın Nəsimi təşkilatının sədri Məlahət İbrahimqızı və YAP Gənclər Birliyinin sədri Seymur Orucovdur.
Layihənin ilk mərhələsi bu gündür, layihə iştirakçıları Cocuk Mərcanlıda ağacəkmə kampaniyası həyata keçirəcəklər. Daha sonra sərhəddə yerləşən hərbi hissədə əsgərlərlə görüş keçiriləcək.
Qafar Ağayev