Modern.az

Həbsdə olan yazıçı-şairin müalicəsi başa çatıb

Həbsdə olan yazıçı-şairin müalicəsi başa çatıb

Ölkə

4 Aprel 2017, 14:10

Həbs olunan yazıçı-şair Saday Şəkərlinin Ədliyyə Nazirliyinin Müalicə Müəssisəsində müalicəsi başa çatıb.

Bu haqda Modern.az-a yazıçı-şairin hüquqlarını müdafiə edən Fəxrəddin Mehtiyev məlumat verib.

Vəkil bildirib ki, S.Şəkərlinin səhhəti normallaşdığından o, Müalicə Müəssisəsindən 6 saylı cəzaçəkmə müəssisəsinə köçürülüb.

 

S.Şəkərli saxlanıldığı 1 saylı Bakı İstintaq Təcridxanasında səhhətində problem yarandığı üçün Ədliyyə Nazirliyinin Müalicə Müəssisəsinə köçürülmüşdü. O, şəkər xəstəliyindən əziyyət çəkir.

Baş Prokurorluğun mətbuat xidmətinin yaydığı məlumatda bildirilirdi ki, Bakı şəhər sakini S.Şəkərovun (Saday Şəkərli) külli miqdarda əmlak əldə etmək məqsədilə Vergilər Nazirliyinin vəzifəli şəxsi haqqında kütləvi informasiya vasitələrində ifşaedici, onu nüfuzdan salan, uydurma yazılar yazmaqla, barəsində rüsvayedici məlumatlar yayma hədəsi ilə tələb etdiyi 10 min manat məbləğində pulu almasında şübhələr üçün əsaslar olduğundan faktla bağlı Cinayət Məcəlləsinin 182.3.2-ci (külli miqdarda əmlakı hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanıb. S.Şəkərov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona Cinayət Məcəlləsinin qeyd edilən maddəsində nəzərdə tutulan ittiham elan edilməklə, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S.Şəkərli 10 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apelyasiya Məhkəməsi isə hökmü dəyişdirərək onun cəzasını 5 ilə endirib. Müdafiə tərəfinin qərardan verdiyi kassasiya şikayətini Ali Məhkəmə təmin etməyib.



Gülşən RAUFQIZI

Whatsapp
Bizə yazın!
Keçid et
Regionda təhdidlər artır - Bakını nə gözləyir?