Modern.az

“ABŞ İŞİD-in yanındadır”  

“ABŞ İŞİD-in yanındadır”   

Ölkə

7 Aprel 2017, 21:58

“ABŞ 80-ci illərdə İraqın keçmiş lideri Səddam Hüseynin İrana qarşı kimyəvi silahdan istifadə etməsinə şərait yaratdı. ABŞ əvvəllər Əl Qaidənin yanında idi. İndi isə İŞİD-in yanında olduğunu göstərdi”. Modern.az xarici mediaya istinadən xəbər verir ki, bunu İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif bildirib.

İranın xarici işlər naziri bildirib ki, bu ölkə 2003-cü ildə İraqa, növbəti dəfə isə Suriyaya “kimyəvi silahdan istifadə olunması” bəhanəsi ilə hücum etdi.

Qeyd edək ki, ABŞ Suriyanın Şayrat aviabazasını bombardman edib.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı