Modern.az

İstanbulun mum heykəllər muzeyindən FOTOREPORTAJ

İstanbulun mum heykəllər muzeyindən FOTOREPORTAJ

Ölkə

10 Aprel 2017, 14:44

Dünyaca məşhur fransız kolleksiyaçı Madam Tüssonun Londondakı mum heykəllər muzeyi 1777-ci ildə yaradılıb. Bu muzey balaca olmasına baxmayaraq, hal-hazırda bütün dünyada məşhurdur və Londona gələn əksər turistlər bura mütləq baş çəkirlər.
Madam Tüsso muzeyinin bir çox şəhərlərdə filialları var. Belə filiallardan biri də Türkiyənin İstanbul şəhərində yerləşir.

Modern.az saytının əməkdaşı İstanbuldakı mum heykəllər muzeyinə baş çəkib.

Madam Tüssonun adını daşıyan muzey insanı tam başqa bir aləmə aparır. Bir anda ulduzların içində onlarla şəkil çəkdirirsən. Burda ulduzların eriraz etmək şansı yoxdu. Çünkü onlar mumdan hazırlanmış heykəllərdi. Amma göz bəbəyinə qədər o qədər incə işlənib ki, sanki hər an canlanacaqlar. Əllərin üzərindəki dəri, kipriklər, saçlar, hətta dilin üzərindəki damara, ulduzların vucudlarındakı döymələrə qədər mükəmməl hazırlanıb.

Muzeydə Türkiyədən və dünyadan tarix, mədəniyyət, idman, əyləncə sahəsində 55 tanınmış şəxsin heykəli qoyulub. Hər ulduzun xarakterinə uyğun arxa və ön planlar sərgilənir. Buradakı mənzərə həm böyüklər, həm də uşaqlar üçün əyləncəyə çevrilib.

Muzeyə girişdə insanlar yalnız kitablardan və rəsmlərdən tanıdığı Mustafa Kamal Atatürkü yaxından görmə şansı əldə edirlər.

Sonra osmanlı padşahları ilə tanış olursan. Köhnə türk filmələrinin sevilən qadın qəhrəmanı Adilə Naşit müsafirləri əlində çay qarşılayır.

Muzeydə Albert Enşteynlə tanış olmaq, Motsartla bərabər piano çalmaq mümkündür.

Burada dünya estradasının ulduzları Maykl Cekson, Rihanna, Jastin Biber, Beyonsla yaxından tanış ola bilərsən.

İdman sahəsinin ən bəyənilən ulduzlarından Arda Turan, Messi, Nadalın heykəlləri o qədər incəliklə işlənib ki, insan onların bir an öncə canlanacaqlarını sanır.

Yaşar Kamal, Madonna, Barış Manço, Zəki Müren, Brus Uils, Angelina Coli, Devid Bekhem və mumdan hazırlanmış heykəllər də diqqət çəkir.

Bura İstanbula gələn turistlər üçün də maraqlı məkandır. Qeyd edim ki, Londodakı Madam Tüsso muzeyinin Amsterdam, Belin, Honq-Konq, Nyu-York, Sidneydə də filialları var.
Heykəllər xüsusi qaydalarla hazırlanır. Əgər heykəli düzəldilən adam yaşayırsa.  heykəltaraş onu görməyə, şəklini çəkməyə çalışır. Bunun üçün başın 8, bədənin də müxrəlif quruluşda 4 şəkli çəkilir. Bir mum heykəlin hazırlanması 3 ay çəkir.



Məhsəti Şərif

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı