Modern.az

Türkiyədə seçki məntəqəsinin önündə atışma: 2 nəfər ölüb

Türkiyədə seçki məntəqəsinin önündə atışma: 2 nəfər ölüb

Ölkə

16 Aprel 2017, 15:40

Türkiyənin Diyarbakır vilayətində silahlı insident baş verib. 

 

Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Diyarbarın Yabanardı kənd məktəbində keçirilən seçki məntəqəsinin qarşısında qohum olduğu deyilən iki ailə arasında insident olub. Bu zaman hər iki tərəf silahdan istifadə edib və səbəbi hələlik məlum olmayan atışma zamanı 2 nəfər ölüb. Onlar 68 yaşlı Abdulrezzak Yıldız və 32 yaşlı Şeyhmus Yıldızdır. İdris Yıldız isə xəstəxanaya yerləşdirilib.

 

Hadisə ilə bağlı 2 nəfər saxlanılıb.

Faktla bağlı araştırma aparılır.

 

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı