Modern.az

Lukaşenko Paşinyanı Əliyevə göstərib zarafat etdi: Bizdən qaça bilməyəcək! - VİDEO

Lukaşenko Paşinyanı Əliyevə göstərib zarafat etdi: Bizdən qaça bilməyəcək! - VİDEO

Ölkə

Bu gün, 16:53

Türkmənistanda keçeilən MDB sammiti zamanı Belarus prezidenti Aleksandr Lukaşenko Ermənistanın baş naziri Nikol Paşinyanla bağlı zarafat edib.

Modern.az xəbər verir ki, hadisə dövlət başçılarının iclasdan əvvəl birgə foto çəkdirdikləri zaman baş verib. Paşinyan Lukaşenko ilə Azərbaycan Prezidenti İlham Əliyevin arasında dayanıb.

“Bizdən heç yerə qaça bilməyəcək. İndi arada dayanacaqsan”, – deyə Lukaşenko Paşinyanı İlham Əliyevə göstərərək zarafat edib.

Aleksandr Lukaşenkonun bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən təbəssümlə qarşılanıb.

Hadisənin videosunu Belarus prezidentinin mətbuat xidmətinə yaxın olan “Pul Pervoqo” Telegram kanalı yayıb.

Mərasim üçün dövlət bayraqları əlifba sırası ilə düzülüb. Digər ölkələrin rəhbərləri artıq yerlərini tutduqları zaman Paşinyan Əliyevlə Lukaşenkonun arasında dayanmalı olduğu yerə yaxınlaşıb. Belarus prezidentinin sözləri hər iki liderdə təbəssüm yaradıb.

Bu epizod Lukaşenko ilə Paşinyan arasında fikir ayrılıqlarının olduğu bir vaxtda baş verib. Daha əvvəl Ermənistanın baş naziri Belarus prezidentini Qarabağ müharibəsi zamanı Azərbaycanı dəstəkləməkdə ittiham edib. O, həmçinin Lukaşenko ölkəyə rəhbərlik etdiyi müddətdə nə özünün, nə də digər erməni rəsmilərin Belarusa səfər edəcəyini bildirib.

Ermənistan nümayəndələri Belarus ərazisində keçirilən tədbirlərdə videobağlantı vasitəsilə iştirak edirlər. Paşinyan oktyabrın əvvəlində Minskdə keçirilən Avrasiya Hökumətlərarası Şurasının iclasında da bu formatda çıxış edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Prezidentdən kritik xəbərdarlıq - Xəzərdə faciə baş verə bilər