Modern.az

Zelenski ilə Macarsıstanın Baş naziri voleybol oynadılar - VİDEO

Zelenski ilə Macarsıstanın Baş naziri voleybol oynadılar - VİDEO

Dünya

Bu gün, 14:05

Ukrayna Prezidenti Volodimir Zelenski və Macarıstanın Baş naziri Peter Madyar noyabrın 24-də Berehove şəhərindəki Layoş Koşut adına liseyin şagirdləri ilə voleybol oynayıblar.

Modern.az xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin Ofisi məlumat yayıb.

Zelenskinin sözlərinə görə, oyun əvvəlcədən planlaşdırılmayıb. Qonaqlar idman zalına baxarkən şagirdlər onları meydana dəvət ediblər. Səfər zamanı Zelenski və Madyar müəllimlərlə də söhbət edib, şagirdlərdən sevimli fənləri və gələcək planları barədə soruşublar.

Zelenski oyunun videosunu “Telegram” kanalında paylaşaraq komandalara təşəkkür edib. Madyar da “Instagram” səhifəsində oyundan video və fotolar yayımlayıb.

Yerli medianın məlumatına görə, Zelenski birgə mətbuat konfransında zarafatla deyib ki, Madyar ona revanş imkanı vermək üçün onu Budapeştə dəvət etməlidir. Macarıstanın Baş naziri də cavabında Zelenskini ölkəsinə dəvət edib.

Sizə yeni x var
Keçid et
Rusiya ordusunda DƏHŞƏTLİ İTKİLƏR - Şok rəqəmlər üzə çıxdı