Modern.az

İmamoğlunun diplomunun ləğvi qərarı qüvvədə qaldı

İmamoğlunun diplomunun ləğvi qərarı qüvvədə qaldı

Dünya

Bu gün, 13:47

Türkiyənin ali inzibati məhkəməsi olan Danıştay İstanbulun keçmiş meri Əkrəm İmamoğlunun diplomunun ləğvi ilə bağlı kassasiya şikayətini rədd edib. Bununla da diplomun ləğvi barədə qərar qüvvədə qalıb.

Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, iş İmamoğlunun 1990-cı ildə Şimali Kiprdəki ali məktəbdən İstanbul Universitetinə köçürülməsi zamanı qaydaların pozulması ilə bağlıdır. 

Türkiyə Konstitusiyasının 101-ci maddəsinə əsasən, prezidentliyə namizədin ali təhsili olmalıdır. Diplomun ləğvi İmamoğlunun namizədliyi üçün hüquqi maneə yaradır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya ordusunda DƏHŞƏTLİ İTKİLƏR - Şok rəqəmlər üzə çıxdı