Modern.az

Paşinyan pirojkidən donuza keçdi - VİDEO

Paşinyan pirojkidən donuza keçdi - VİDEO

Reportaj

30 May 2026, 17:45

Ermənistan Baş naziri Nikol Paşinyanın növbəti videosu diqqətləri ona yönəldib.

Modern.az xəbər verir ki, seçkiqabağı kampaniya çərçivəsində bölgələrə səfərini davam etdirən Nikol Paşinyanın budəfəki videosu da baş nazirin yeməyilə bağlıdır.

Belə ki, o, bütöv bişirilmiş donuzu dilimləməsi, piy tikələrini ətrafındakılara paylaması və özünün də yeməsilə diqqət çəkib. Baş nazirin bu videosu da sosial şəbəkələrdə birmənalı qarşılanmayıb: onu bəyənənlər də olub, Paşinyanı ac olmaqda qınayanlar da.

Bundan əvvəl Paşinyanın qarğıdalı, pirojki, lavaş dürməyi, sucuk, qaynadılmış kartof, çiyələk, yerkökü yediyini əks etdirən müxtəlif videolar paylaşılıb.

Nikol Paşinyanın seçkiqabağı PR taktikası onu digər rəqiblərindən fərqləndirir. Baş nazirin hərəkətləri bir çox hallarda obraza girmə, siyasi imici üçün PR kimi dəyərləndirilir. Ekspertlər deyirlər ki, o, xalqa ünvanladığı bu mesajlarla “mən də sizdən biriyəm” çağırışı edir.

Sözsüz ki, qeyri-adi davranışlar seçici ilə psixoloji məsafəni azaltmağa, onlarla emosional bağlar qurmağa hesablanıb. Paşinyanın bu videolarla rəqiblərinə qalib gəlib-gəlməyəcəyi 7 iyunda keçirləcək parlament seçkilərindən sonra bəlli olacaq.

 



A.Qorxmaz

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İranda xalq ayağa qalxdı - Putin təcili təyyarə göndərdi