Modern.az

Yerevanda Sarkisyanın istefası tələb olunur

Yerevanda Sarkisyanın istefası tələb olunur

Dünya

23 İyul 2016, 00:59

Bu gün də Yerevanda təxminən 1500 nəfər mitinqə toplaşıb. Modern.az-ın məlumatına görə, mitinq iyulun 17-dən silahlı qrupun əlində saxladığı polis idarəsi binasının yaxınlığında keçirilir. Zəbt edilmiş binanın ətrafı polis tərəfindən mühasirəyə alınıb.

 

Virtualaz.org TASS agentliyinə istinadən xəbər verir ki, mitinqdə çıxış etmiş Ermənistan parlamentinin müxalifətçi deputatı Nikol Paşinyan prezident Serj Sarkisyanın istefasını tələb edib. O, ölkə rəhbərliyinin siyasətini tənqid atəşinə tutub.

 

«Fəaliyyətimizin əsas məqsədlərindən biri Serj Sarkisyanın istefası olmalıdır», - Paşinyan deyib.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya dəhşətli hava hücumu - Ərazilər 5 istiqamətdən vuruldu