Modern.az

Ohanyan müdafiə naziri postundan uzaqlaşdırılır

Ohanyan müdafiə naziri postundan uzaqlaşdırılır

27 Sentyabr 2016, 11:24

Seyran Ohanyan Ermənistanın müdafiə naziri postuna təyin olunmayacaq. Modern.az Ermənistan mediasına istinadən xəbər verir ki, ki, bunu məlumatlı mənbələr bildirib.

Məlumatda qeyd edilir ki, bir həftədən sonra Karen Karapetyanın rəhbərlik etdiyi Nazirlər Kabinetinin tərkibinin formalasdırılması müddəti başa çatacaq.

Bildirildiyinə görə,  prezident Serj Sərkisyan bu günlərdə Ohanyanı öz rezidensiyasına çağıraraq gələcəklə bağlı söhbət edib. Üç saatlıq görüşün nəticəsində Seyran Ohanyanın yenidən Müdafiə Nazirliyinə rəhbər təyin olunmaması qərara alınıb.

Həmin görüşdə Ohanyanın nazir poistundan getdikdən sonra nə işlə məşğul olacağı isə dəqiqləşdirilməyib.


Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Moskva və vilayətlərə hücum oldu: Dəhşətli partlayışlar var