Modern.az

Türkiyə Rusiyanı YALANLADI: “Əsgərlərimizin yerlərini bilirdilər”

Türkiyə Rusiyanı YALANLADI: “Əsgərlərimizin yerlərini bilirdilər”

Dünya

10 Fevral 2017, 21:09

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı Əl-Bab şəhərində 3 türk hərbçisinin ölümü ilə bağlı yeni açıqlama verib.

Modern.az Türkiyə KİV-nə isitnadən xəbər verir ki, Rusiya prezidentinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov Əl-Babdakı mövqelərin türklərin verdiyi koordinatlar əsasında bombalandığını, Moskvanın əsgərlərin ölümündə günahkar olmadığını bildirmişdi. Lakin Türkiyə Baş Qərargahı həmin əsgərlərin 10 gün ərzində eyni mövqedə durduqlarını və onların koordinatlarının Ankaradakı rus hərbi attaşeyə və Hmeymim aerodromundakı rəhbərliyə çatdırıldığını bildirmişdi.

 

“Əsgərlərimiz 10 gün ərzində həmin koordinatlarda olub. Rusiya tərəfi əsgərlərimizin yerini bilirdi”.

 

 

Vüqar İSMAYILOV 

Twitter
Sizə yeni tvit var
Keçid et
Şok plan üzə çıxdı: Putin belə devriləcək