Modern.az

Bayden namizədliyini Mişel Obamaya görə geri çəkəcək? - İDDİA

Bayden namizədliyini Mişel Obamaya görə geri çəkəcək? - İDDİA

Dünya

6 May 2024, 17:00

Qərbin bəzi KİV-ləri ABŞ prezidenti Co Baydenin bu ilin payızında keçiriləcək seçkilərdən geri çəkiləcəyi, Mişel Obamanın namizədliyinə yol açacağı barədə məlumat yayır.

Modern.az xəbər verir ki, Almaniyanın nüfuzlu “Der Spiegel” nəşri belə bir iddia yayıb.

Lakin ABŞ-dakı siyasi dairələr bu məlumatı təsdiqləmir.

Mişel Obamanın özü də məlumatı təkzib edib.

ABŞ-ın "Newsweek" nəşri yazır ki, sorğulara əsasən, 2020-ci il seçkilərində Baydenə səs verənlərdən 75%, Trampa səs verənlərdən isə 21% respondent bildirib ki, Mişel Obama namizəd olsaydı, ona səs verərdilər.

60 yaşlı Mişel Obama ABŞ-nin 44-cü prezidenti Barak Obamanın həyat yoldaşıdlr. O, vəkil fəaliyyətilə məşğuldur.

Barak və Mişel Obamalar 1992-ci ildə ailə həyatı qurublar, onların iki qızı var.

"Forbes" jurnalı 2010-cu ildə Mişel Obamanı dünyanın ən nüfuzlu qadını elan edib.

M.Obama hakimiyyətdə olan Demokratlar Partiyasının üzvüdür.

Onun əri Barak Obama 20 yanvar 2009-cu ildən 20 yanvar 2017-ci ilə kimi ABŞ-da prezident postunu tutub.

ABŞ-da növbəti prezident seçkiləri 2024-cü ilin noyabr ayında keçiriləcək.

Twitter
Sizə yeni tvit var
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi