Modern.az

ABŞ-ın Milli Kəşfiyyat İdarəsinin rəisi məlum olub

ABŞ-ın Milli Kəşfiyyat İdarəsinin rəisi məlum olub

Dünya

15 Mart 2017, 23:46

ABŞ Senatı sabiq senator Deniyel Koutsu Milli Kəşfiyyat İdarəsinin rəisi vəzifəsinə təsdiqləyib. Modern.az  APA-ya istinadən xəbər verir ki, bunu Senatda keçirilən səsvermənin nəticələri göstərib.

73 yaşlı D.Kouts on ildən çox Senat üzvü, bundan əvvəl isə dörd il Nümayəndələr Palatasında çalışıb, Senatın kəşfiyyat üzrə xüsusi komitəsinin üzvü olub. Kiçik Corc Buşun prezidentliyi dövründə isə D.Kouts ABŞ-ın Almaniyadakı səfiri olub.

Qeyd edək ki, ABŞ-ın Milli Kəşfiyyat İdarəsinin rəisi, Mərkəzi Kəşfiyyat İdarəsi və Federal Təhqiqatlar Bürosu daxil olmaqla,  17 ABŞ xüsusi xidmətinin fəaliyyətini əlaqələndirir.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya dəhşətli hava hücumu - Ərazilər 5 istiqamətdən vuruldu