Romada keçirilən etiraz aksiyasında 122 etirazçı saxlanılıb. Modern.az xarici mediaya istinadən xəbər verir ki, İtaliya polisi Avropa İttifaqının sammitinin keçirildiyi Romada aksiyanın qarşısını almağa çalışıb. Avropa İttifaqının əleyhdarları və tərəfdarları şəhərin müxtəlif yerlərində altı irimiqyaslı aksiya təşkil ediblər. Aksiyalara ümumilikdə 25 minədək iştirakçı qatılıb.
Radikal fəalların da qatıldığı aksiyalar zamanı iğtişaşların qarşısının alınması məqsədilə 122 şəxs saxlanılıb.
Modern.az