Modern.az

Səudiyyə Ərəbistanı ABŞ-a neft ixracını azaldır

Səudiyyə Ərəbistanı ABŞ-a neft ixracını azaldır

Dünya

13 İyun 2017, 20:01

Səudiyyə Ərəbistanı ABŞ-a neft ixracını azaldır. Modern.az xarici mediaya istinadən xəbər verir ki,  Səudiyyə Ərəbistanın "Saudi Aramco" dövlət neft şirkəti növbəti aydan ABŞ-a gündəlik neft satışının 850 min barel təşkil edəcəyini bildirib. Bu isə 1988-ci ildən indiyədək  qeydə alınan ən minimal gündəlik satış həcmi olacaq.

Məlumata görə, iyun ayında ABŞ-a ixrac 1 mln. barel/gündən aşağı enəcək. Avqustda isə bu göstəricinin daha 100 min barel/gün azalacağı gözlənilir. Bu, son 8 ilin ən aşağı avqust satışı olacaq.

Qeyd edək ki, ekspertlər bu addımı qlobal neft bazarlarında neft ehtiyatlarının azalmasına dəstək kimi qiymətləndirir.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi