Modern.az

Almaniyadan 72 min insan təxliyə edilir

Almaniyadan 72 min insan təxliyə edilir

Dünya

30 Avqust 2017, 20:02

Almaniyadan 72 min insan təxliyə ediləcək. Modern.az xarici mediaya istinadən xəbər verir ki, təxliyə edilənlər Hessen vilayətinin Frankfurt şəhərinin əhalisidir. Təxliyəyə səbəb isə şəhərdə İkinci Dünya müharibəsinə aid bombanın tapılmasıdır. Belə ki, 1,8 tonluq bomba Vestend rayonunda tikinti işləri zamanı aşkarlanıb. Partlayıcı müharibə vaxtı Britaniya aviasiyası tərəfindən atılıb. Bazar günü mütəxəssislər bombanı zərərsizləşdirməyə çalışacaqlar. Əgər bu, alınmasa, partlayıcı yerində partladılacaq.

 

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Şok plan üzə çıxdı: Putin belə devriləcək