Yuqoslaviya üzrə Beynəlxalq Haaqa Məhkəməsi Bosniya serblərinin keçmiş komandiri, general Ratko Mladiçə ömürlük həbs cəzasının verilməsi barədə qərar verib.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, o, Srebrenitsa şəhərində 8 min müsəlmanın qətlinin əsas təşkilatçısı kimi təqsirli bilinib.
Onu 11 ittiham aktından 10-u üzrə təqsirli biliblər.