Modern.az

Növbədənkənar seçkilər iqtidara zərbə olacaq- CHP-li deputat Modern.az-a danışdı

Növbədənkənar seçkilər iqtidara zərbə olacaq- CHP-li deputat Modern.az-a danışdı

Dünya

19 Aprel 2018, 13:26

24 iyun 2018-ci tarixində Türkiyədə növbədənkənar prezident və parlament seçkiləri keçiriləcək. Türkiyə prezidenti, hakim Ədalət və İnkişaf Partiyasının sədri Rəcəb Tayyib Ərdoğan Milliyyətçi Hərəkat Partiyasının lideri Dövlət Baxçalı ilə növbədənkənar prezident və parlament seçkilərinə dair keçirdiyi görüşdən sonra bu qərarın qəbul ounduğunu bəyan edib.
 
Türkiyə müxalifətinin növbədənkənar seçkilərə münasibəti müzakirə olunmaqdadır.

Türkiyə Böyük Millət Məclisinin (TBMM) Cümhuriyyət Xalq Partiyasından (CHP) olan  deputatı  Atilla Sertel Modern.az-a deyib ki, 24 iyunda keçiriləcək prezident və parlament seçkilərinin önəmi çox böyükdür:


“Xalqımız önəmli bir qərar verəcək, ya demokratiyaya, parlamentar rejimə geri dönəcək və bu geridönüşü qoruyan namizədə səs verəcək, ya da diktatorluğa, tək adam rejiminə gedən şəxsə səs verəcək. Mən inanıram ki, Türkiyədə yaşayanların ən yazı 70 faizi demokratiyaya səs verəcək”.


Seçkilərin irəli çəkilmə səbəblərindən danışan CHP-li deputatın sözlərinə görə, hazırkı hakimiyyət Türkiyəni idarə edə bilmədiyi üçün seçkiləri önə çəkdi.

“Çoxluğun əllərində olduğundan istifadə edərək hər cür qanunu, qərarı çıxarmaqlarına rəğmən Türkiyəni idarə edə bilmədilər. Hazırda Türkiyədə iqtisadiyyat bərbad vəziyyətdədir, işsizlik 1,5 faiz artıb, insanlar bədbin və ümidsizdirlər, fövqəladə vəziyyət davam edir. Ölkəni idarə edə bilmədiləkləri üçün növbədənkənar seçkilərə getdilər”.

 

Atilla Sertel bildirib ki,  ölkədə davam edən fövqəladə hal rejimində seçki keçirilməsi düzgün deyil:

“Çünki təzyiqin olduğu bir şəraitdə problem çox olur. Amma inanırıq ki, demokratiyanın əksi olan tək adam rejimini istəyən iqtidar hakimiyyətdən gedəcək. Nə edərlərsə etsinlər, qazanan Türkiyə xalqı olacaq” .

 

Milliyətçi Hərəkət Partiyasının (MHP) iqtidarda olan Ədalət və İnkişaf Partiyası ilə birgə hərəkət etməsinə toxunan A.Sertel deyib ki, MHP-də əsl ülkücülər Rəcəb Tayyib Ərdoğanı dəsdəkləmir.


“Dövlət Baxçalı və yanında olan bir neçə mənfəət güdən insandan başqa heç bir ülkücü hazırkı iqtidarı dəstəkləmir”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyanın sözləri erməniləri ağlatdı- Sərhəd kəndin ortasından keçəcək