Modern.az

Liviyada Qəddafinin qadağan etdiyi çoxarvadlılığa icazə verildi

Liviyada Qəddafinin qadağan etdiyi çoxarvadlılığa icazə verildi

24 Oktyabr 2011, 12:00


Müəmmər Qəddafi rejiminin devrilməsinin ardından Liviyanın qurtuluşu rəsmi olaraq elan edilib. Modern.az "CNNtürk"ə istinadən bildirir ki, Liviya Milli Keçid Şurasının rəhbəri Mustafa Əbdülcəlil İslam ölkəsi olaraq şəriət qaydalarının tətbiq olunacağını bəyan edib. Benqazi şəhərində təşkil olunan mərasimdə Mustafa Əbdülcəlil "bütün dünyaya ölkəmizin şəhərləri, kəndləri, dağları, təpələri, səhraları, səmasını qurtardığımızı elan edirik" deyib.
Mərasimdə Qəddafinin çoxarvadlılığı qadağan edən qanununun artıq ləğv edildiyi vurğulaıb və indi Liviyada çoxarvadlılığa icazə var.

Whatsapp
Bizə yazın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok