Modern.az

Koreya hərbçiləri ABŞ-nin kiber təlimlərində

Koreya hərbçiləri ABŞ-nin kiber təlimlərində

Dünya

5 May 2024, 12:23

Cənubi Koreyanın Kiber Əməliyyatlar Komandanlığı Şimali Koreyadan artan təhlükəsizlik təhdidləri fonunda ABŞ-nin rəhbərlik etdiyi çoxmillətli kiber təlimdə iştirak edəcək.

 

Modern.az "Yonhap" agentliyinə istinadən xəbər verir ki, Cənubi Koreyanın doqquz hərbi qulluqçusu ABŞ-nin Virciniya ştatında altı gün keçiriləcək Kiber Bayraq onlayn təlimində iştirak edəcək.

 

Təlimin məqsədi kibertəhlükələrə qarşı mübarizədə və düşmənin kiberhücumları haqqında kəşfiyyat məlumatlarının mübadiləsində çoxmillətli əməkdaşlıq bacarıqlarını təkmilləşdirməkdir.

 

ABŞ Kiber Komandanlığı 2011-ci ildən bəri hər il oxşar təlimlər keçirir və Cənubi Koreya 2023-cü ildə ilk dəfə olaraq onlara qoşularaq üçüncü dəfədir iştirak edir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi