Modern.az

Liviya paytaxtı uğrunda yenidən döyüşlər başlayır

Liviya paytaxtı uğrunda yenidən döyüşlər başlayır

Dünya

6 Aprel 2019, 00:39

Liviya Milli Ordusu bu gündən paytaxt yaxınlığında döyüşlərə başlayır.

Modern.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Liviya Milli Ordusunun (LMO) rəsmi nümayəndəsi Əhməd əl-Mismari açıqlama verib.

Əhməd əl-Mismari bildirib ki, bu gündən paytaxt Tripoliyə ən yaxın yaşayış məntəqələri uğrunda döyüşlər başlayacaq.

Mismari eyni zamanda Tripoli beynəlxalq hava limanına nəzarətin ələ keçirilməsi xəbərini də təsdiqləyib: “Hərbi qüvvələr Tripolidən 20 km cənubdadır”.

Twitter
Sizə yeni tvit var
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok