Modern.az

Litvada prezident seçkiləri keçirilir  

 Litvada prezident seçkiləri keçirilir  

Dünya

12 May 2019, 10:49

Litvada yeddinci prezident seçkilərində bu gün yerli vaxtla saat 07:00-da təxminən 2 min seçki məntəqəsi açılıb.

 

Modern.az-ın məlumatına görə, eyni zamanda, ölkədə ikili vətəndaşlığın tətbiq edilməsi və deputatlar korpusunun 15% azaldılması ilə bağlı iki referendum keçirilir.

 

Litvada 2,5 milyondan artıq vətəndaş səsvermə hüququna malikdir (ümumilikdə ölkədə 2,8 milyon insan yaşayır).

 

Qeyd edək ki, Litvanın prezidenti postuna 9 namizəd var. Qələbə qazanmaq üçün namizəd 50% -dən çox səs toplamalıdır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Şok plan üzə çıxdı: Putin belə devriləcək