Modern.az

Bu ölkələr arasında viza ləğv edildi

Bu ölkələr arasında viza ləğv edildi

Dünya

7 Oktyabr 2019, 21:14

İran hökuməti İraq vətəndaşları üçün vizaların müvəqqəti ləğvi barədə qərar qəbul edib.

Modern.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə İranın İraqdakı səfirliyindən məlumat verilib. Qərarın 2 ay müddətinə qüvvədə olacağı bildirilib.

Qeyd edilir ki, İraq vətəndaşlarının hamısı oktyabrın 24-dən dekabrın 28-nə qədər İranı vizasız ziyarət edə biləcək.

Twitter
Sizə yeni tvit var
Keçid et
Şok plan üzə çıxdı: Putin belə devriləcək