İŞİD terror təşkilatı öz lideri Əbu Bəkr əl-Bağdadinin öldürüldüyünü təsdiqləyib.
Modern.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi terror təşkilatına yaxın mənbəyə istinadən məlumat yayıb.
Məlumata görə, təşkilat əl-Bağdadinin davamçısı kimi Abu İbrahim əl-Haşimi əl-Qureyşini təyin edib.