Modern.az

\"Taliban\" Rusiya kəşfiyyatı ilə əlaqəsini inkar edib

\

28 İyun 2020, 00:00

“Taliban” hərəkatı guya Rusiya kəşfiyyatı ilə əlaqəsinin olması barədə “The New York Times” qəzetinin yazdığı məlumatı təkzib edib.

Modern.az  xarici mediaya  istinadən xəbər verir ki, bu barədə hərəkatın rəsmi nümayəndəsi Zabiulla Mücahidin açıqlamasında qeyd edilib.



“Bir sıra Qərb KİV-lərində döyüşçülərimizin ABŞ əsgərlərinin öldürülməsinə görə Rusiyadan pul aldığı barədə məlumatlar yayılıb. Biz bu iddianı qətiyyətlə rədd edirik”, - deyə hərəkatın internet saytında dərc edilən açıqlamada bildirilir.

Qeyd edək ki, “The New York Times” Rusiyanın “Taliban” silahlılarını Əfqanıstandakı beynəlxalq koalisiya qoşunlarına hücum etməyə sövq etməsi barədə məlumat yazıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Şok plan üzə çıxdı: Putin belə devriləcək