Modern.az

Qırğızıstanda rus dilindən imtina təklif edildi

Qırğızıstanda rus dilindən imtina təklif edildi

26 Noyabr 2020, 19:20

Qırğızıstan Konstitusiya Şurasının üzvü Sadirdin Toraliyev rus dilinin rəsmi statusundan məhrum edilməsini təklif edib.

 

Modern.az xəbər verir ki, bu barədə "vesti.ru" məlumat yayıb.

 

“Bu, radikal səslənə bilər. Ancaq mənim təklifim yalnız qırğız dilinin rəsmi statusunu saxlamaqdır. Digər dilləri başqa qanunlarla inkişaf etdirə bilərik”, - deyə S.Toraliyev bildirib.

 

Onun sözlərinə görə, qırğız gəncləri öz ana dillərində danışmağı unudub, çünki buna artıq tələbat yoxdur. Bu tələbatı yaratmaq lazımdır ki, hər kəs öz ana dilində danışsın.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir