Modern.az

Ərdoğan ilə Angela Merkel görüşüb

Ərdoğan ilə Angela Merkel görüşüb

Dünya

19 Dekabr 2020, 08:23

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Almaniya Kansleri Angela Merkel arasında videokonfrans formatında görüş baş tutub.

 

Modern.az-ın məlumatına görə, görüşdə iki ölkə arasındakı əlaqələrin gücləndirilməsi, həmçinin Türkiyə ilə Avropa İttifaqı arasındakı münasibətlərin perspektivləri müzakirə edilib.

 

T.Ərdoğan vurğulayıb ki, Türkiyə Aİ ilə münasibətlərdə yeni bir səhifə açmaq istəyir və bu istiqamətdəki konstruktiv töhfəsi və səyləri üçün Angela Merkelə təşəkkürünü bildirib. 

 

Türkiyə Prezidenti son Aİ sammitində müsbət gündəliyin qəbul edilməsini alqışlayıb. Dövlət başçısı bunun məsuliyyətli Aİ liderlərinin mövqeyi sayəsində mümkün olduğunu qeyd edib. Prezident Ərdoğan Ankara ilə Brüssel arasındakı münasibətlərdə böhran yaratma cəhdlərinin hər iki tərəfin mənafelərinə zərər verə biləcəyi barədə xəbərdarlıq edib.

Twitter
Sizə yeni tvit var
Keçid et
ŞOK - İran prezidenti Rəisi bu səbəbdən ÖLDÜ