Modern.az

Çin Qran-prisi də təxirə salınır

Çin Qran-prisi də təxirə salınır

10 Yanvar 2021, 16:26

"Formula 1" üzrə Çin Qran-prisinin 2021-ci ilin ikinci yarısına keçirilməsi üçün sorğu göndərilib.

 

Modern.az xəbər verir ki, bu barədə yarışın keçirilməsinə cavabdeh olan "Juss Event" şirkətinin baş meneceri İbin Yan açıqlama verib. O, "Formula 1" rəhbərliyi ilə daimi əlaqədə olduqlarını bildirib: "Təsdiqlənmiş təqvimə rəğmən, Şanxaydakı Çin-Qran-prisinin apreldə təşkili ehtimalı azdır. Biz bu mərhələni mövsümün ikinci yarısına keçirmək istəyirik və artıq müvafiq sorğunu göndərmişik".

 

Çin Qran-prisi 9 - 11 aprelə nəzərdə tutulmuşdu.

 

Daha əvvəl xəbərlər yayılıb ki, "Formula 1" mövsümün startını təxirə sala və 21 martda keçirilməsi nəzərdə tutulan Avstraliya Qran-prisi başqa vaxta ertələyə bilər.

Twitter
Sizə yeni tvit var
Keçid et
Şok plan üzə çıxdı: Putin belə devriləcək