Modern.az

“Türkiyə ilə ABŞ arasında həqiqi irəliləyiş əldə edəcəyik” - Bayden

“Türkiyə ilə ABŞ arasında həqiqi irəliləyiş əldə edəcəyik” - Bayden

Dünya

14 İyun 2021, 23:53

ABŞ Prezidenti Co Bayden Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla görüşünü müsbət, məhsuldar adlandırıb və ABŞ-Türkiyə münasibətlərində “həqiqi irəliləyişə” nail olacağına inandığını bildirib.

 

Modern.az TASS-a istinadən xəbər verir ki, o bunu NATO sammitindən sonra keçirilmiş mətbuat konfransında deyib.

 

“Türkiyə Prezidenti Ərdoğanla görüşümü yenicə bitirdim. Müsbət və məhsuldar bir görüş keçirdik. Əsasən, təkbətək görüş oldu. Komandalarımız müzakirələrimizi davam etdirəcək və əminəm ki, Türkiyə ilə ABŞ arasında həqiqi irəliləyiş əldə edəcəyik”, - deyə Bayden vurğulayıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Şok plan üzə çıxdı: Putin belə devriləcək