Modern.az

Filippində qəzaya uğrayan hərbi təyyarədəki 85 nəfərdən 40-ı xilas edildi

Filippində qəzaya uğrayan hərbi təyyarədəki 85 nəfərdən 40-ı xilas edildi

Dünya

4 İyul 2021, 10:26

Filippin Hərbi Qüvvələrinin təyyarəsi ölkənin cənub-qərbində Sulu arxipelağı rayonunda yerə çırpılıb.

 

Modern.az-ın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu Filippin Silahlı Qüvvələrnin komandanı Sirilito Sobedcan bildirib.

 

Filippin Silahlı Qüvvələrinin komandanı xilasetmə əməliyyatının davam etdiyini, indiyə qədər 40 nəfərin xilas edildiyini açıqlayıb.

 

Təyyarənin göyərtəsində 85 nəfər olub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Şok plan üzə çıxdı: Putin belə devriləcək